Rezin çəkmələr  yenidən dəbdə:   stilist gözlənilməz kombinləri göstərdi -FOTOLENT
14 sentyabr 2026 13:55 (UTC +04:00)

Rezin çəkmələr yenidən dəbdə: stilist gözlənilməz kombinləri göstərdi -FOTOLENT

0

Tanınmış stilist və “Модный приговор” verilişinin aparıcısı Aleksandr Roqov rezin çəkmələri klassik kostyum və idman şalvarları ilə necə uyğunlaşdırmağın mümkün olduğunu açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, stilist bununla bağlı fikirlərini “Telegram” kanalında bölüşüb.

“Rezin çəkmə almağın əsl vaxtıdır! Mənim sevimli kombinim hündür çəkmələr və içinə salınmış enli şalvarlardır. Bu həm klassik kostyum şalvarı, həm də idman şalvarı ola bilər. Amma bir müşahidəm də var: rezin çəkmə geyinəndə yağış yağmır. Ona görə də tez rezin ayaqqabılarınızı geyinin ki, bizi gözəl və quru payız gözləsin”, - ekspert bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar