365
02:06
30 Noyabr 2019

Məsumiyyət Muzeyində yanğın baş verib

İstanbulda yerləşən Məsumiyyət Muzeyində yanğın baş verib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, yanğın muzeyin zirzəmisində elektrik enerjisi bloklarının olduğu hissədə baş verib.

Hadisə yerinə gələn polis və ya yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Yanğının başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, Məsumiyyət Muzeyi Nobel mükafatı laureatı, yazıçı Orxan Pamukun eyniadlı əsərindən təsirlənərək 2012-ci ildə yaradılıb.