407
12:27
27 Noyabr 2019

Bakıda qadını gəlini və nəvəsi döydü

Bakıda qadın döyülüb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Astanəliyeva Bayzər Salman qızı polisə müraciət edərək onunla eyni ünvanda yaşayan gəlini Sadıqova Sadət Telamn qızı və nəvəsi Validənin onu döydüyünü bildirib.

Daxil olan müraciət əsasında Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır.