976
09:55
27 Noyabr 2019

Bakıda gənc qız hamamda öldü - SƏBƏB

Bakıda 25 yaşlı qız dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb.

Şəhər sakini, 25 yaşlı Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.