Stress gözəlliyinizə təsirsiz ötüşmür
19 noyabr 2019 15:32 (UTC +04:00)

Stress gözəlliyinizə təsirsiz ötüşmür

Həyatda rastlaşdığınız bütün problemlər, stresslər gözəlliyinizə təsirsiz ötüşmür.

Lent.az xarici tibb saytlarına istinadla bildirir ki, stress immun sisteminin zəifləməsinə də gətirib çıxarır. İmmun sisteminin zəifləməsi isə həyat tərzinizə, sağlamlığınıza təsir edir.

İmmunitetin zəifləməsi bizi xəstəliklər qarşısında aciz qoyur. Bu zaman digər xəstəliklər kimi, dəridə olan dermatoloji problemlər də üzə çıxır. Məsələn, dəridə quruluq və ya yağlılıq, ləkə, sızanaq və s. problemlərə yol açır.

Mütəxxəsilərin sözlərinə görə, stressdən yaranan psixoloji problemlər həm dəriyə, həm də saçlara mənfi təsir göstərir. Həmin məqamlarda isə dəriyə düzgün qulluq etmək vacib şərtdir. Məsələn, dəridə hər hansı bir problem yaranıbsa, problemə uyğun mütəxəssisə müraciət etmək və vaxtında qarşısı alınmalıdır. Eyni zamanda, dəridə sızanaq və ya ləkə yaranıbsa, dərinizə yad olan kosmetik vasitələrdən istifadə ilə risk etməyin.

 

# 1240
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar