65 yaşlı usta təmir etdiyi evdə öldü
16 noyabr 2019 16:53 (UTC +04:00)

65 yaşlı usta təmir etdiyi evdə öldü

Mingəçevirdə təmir işləri ilə məşğul olan usta çalışdığı evdə ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Cəmil Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verib. Belə ki, həmin ünvanda təmir işləri həyata keçirən zaman Ağdaş rayon sakini olduğu deyilən, 65 yaşlı Abbasov Məhəmməd Həsrət oğlu naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1471
avatar

Oxşar yazılar