Misirin Buheyrə vilayətinin İtəya-əl-Barud rayonunda neft borusundan oğurluq edən 6 nəfər həlak olub. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə zamanı 15 nəfər də yaralanıb.
Misirin Energetika nazirliyinin məlumatına görə, oğrular neft borusunu deşərkən qəfil alovlanma baş verib. Nəticədə boru partlayıb. Faciə də məhz partlayış nəticəsində baş verib.