Müsavat Partiyasının başqanı sərbəst buraxıldı - YENİLƏNİB
12 noyabr 2019 17:46 (UTC +04:00)

Müsavat Partiyasının başqanı sərbəst buraxıldı - YENİLƏNİB

 

Polis tərəfindən saxlanılan Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

APA-nın məlumatına görə, bu barədə A.Hacılı özü məlumat verib.

 

***

 

Saat 14:06

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O, qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb.  

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

# 3015
avatar

Oxşar yazılar