Bu ölkədə böyük  ehtiyata malik neft yatağı kəşf edilib
10 noyabr 2019 14:04 (UTC +04:00)

Bu ölkədə böyük  ehtiyata malik neft yatağı kəşf edilib

İran böyük  ehtiyata malik yeni neft yatağı kəşf edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani  Yəzd şəhərində əhali qarşısında çıxışı zamanı bildirib.

H.Ruhani deyib ki, kəşf olunan yeni yataqda 53 milyard barel neft ehtiyatı var. Neft yatağı Xuzistan əyalətində yerləşir, İranın cənubundakı Bostan şəhərindən başlayır və Ümidiyyə şəhərinə qədər uzanır.

# 1794
avatar

Oxşar yazılar