Məşhur aktrisa  iti ilə dənizdə kef elədi -FOTO
03 sentyabr 2026 10:34 (UTC +04:00)

Məşhur aktrisa iti ilə dənizdə kef elədi -FOTO

0

Türkiyəli aktrisa Pınar Altuğ yay tətilinin son günlərində Çeşmədə görüntülənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yay mövsümünü ailəsi ilə birlikdə yaxtada Egey sahillərini gəzərək keçirən məşhur aktrisa bu dəfə Çeşmədəki çimərliklərdən birində kameralara tuş gəlib.

Dostları ilə sahildə uzun müddət söhbət edən Pınar Altuğ daha sonra sevimli itini qucağına alaraq dənizə girib. Aktrisanın iti ilə suda keçirdiyi şən anlar ətrafdakıların və fotoqrafların diqqətindən yayınmayıb.

Təbii görünüşü və rahat davranışları ilə diqqət çəkən Pınar Altuğ tətilin son günlərindən zövq alıb. Məşhur aktrisanın qısa müddət sonra ailəsi ilə birlikdə şəhərə qayıdacağı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar