Azərbaycanda yol qəzası yenə can aldı
09 noyabr 2019 18:16 (UTC +04:00)

Azərbaycanda yol qəzası yenə can aldı

 

Bakı-Quba yolunun 47-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Sumqayıt şəhərinin "Yaşma bağları" yaşayış massivi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Opel Zafira" markalı minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü  Dilbiləyev Məhəmməd Ənvər oğlu ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.  Avtomobildə olan 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184

Oxşar yazılar