Yol qəzasında ər və arvad xəsarət aldı
08 noyabr 2019 06:12 (UTC +04:00)

Yol qəzasında ər və arvad xəsarət aldı

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub. 

 

Nəticədə “Mercedes”in sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar