607
22:34
05 Noyabr 2019

Yük və minik avtomobilləri toqquşdu: 5 nəfər yaralanıb

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

Rayonun Kürdəmiş kənd sakini, 1962-ci il təvəllüdlü Nəzərov Əlimirzə Saməddin oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZEL" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı sürücü Ə.Nəzərov və yük avtomobilinin sürücüsü, həmçinin sərnişinləri, Ucar rayonu Qaracallı kənd sakinləri - 1990-cı il təvəllüdlü Yusifov Pərviz Qüdrət oğlu, 2001-ci il təvəllüdlü Həmzəyev Şahvələd Mahir oğlu, 1995-ci il təvəllüdlü Həmzəyev Həmzə Mahir oğlu, 1982-ci il təvəllüdlü Abdurrəhimov Əşrəf Qismət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər