Hava kəskin soyuyacaq - PROQNOZ
02 noyabr 2019 13:23 (UTC +04:00)

Hava kəskin soyuyacaq - PROQNOZ

Azərbaycanda bazar günü gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə  yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 8-10 dərəcə, gündüz  11-13 dərəcə isti,

Bakıda gecə 8-10, gündüz  11-13 dərəcə  isti təşkil edəcək.    

Tibbi-meteoroloji proqnoza görə, noyabrın  3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Rayonlarda bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 7-12 dərəcə isti, gündüz  14-19, dağlarda gecə 1-6, gündüz  7-11 dərəcə isti təşkil edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4485

Oxşar yazılar