382
13:09
24 Oktyabr 2019

İstanbulda Hüseyn Cavidin büstü qoyuldu

Bu gün İstanbulun Böyükşəhər Bələdiyyəsinin Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.

Lent.az -ın məlumatına görə, büstün qoyulması Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə olub.

Büstün açılışında konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, tələbələr iştirak ediblər.

Qeyd edək ki, büstü azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayevin əsəridir.