HAVA PROQNOZU: meteohəssas insanlar diqqətli olsun
14 oktyabr 2019 12:44 (UTC +04:00)

HAVA PROQNOZU: meteohəssas insanlar diqqətli olsun

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 15-nə gözlənilən hava şəraitini açıqlayıb.

Departamentdən Lent.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında:

Gecə 16-19, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında:

Hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz:

Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

# 694
avatar

Oxşar yazılar