“Otello əfsanəsi” tamaşası Muğam Mərkəzində nümayiş olunacaq
10 oktyabr 2019 19:34 (UTC +04:00)

“Otello əfsanəsi” tamaşası Muğam Mərkəzində nümayiş olunacaq

Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində U.Şeksprin “Otello” əsəri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası nümayiş ediləcək.
 
Lent.az-a Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, rejissor Gümrah Ömərin quruluşunda təqdim olunacaq səhnə əsərdə rolları aktyorlar Ziya Ağa, Fidan İsmayılova, Mətləb Abuşov , Toğrul Qasımov, Mirsənan Kazımlı, Gövhər Şabanova, Gövhər Fidan, Elçin Əmirov və Tural Kərimov canlandıracaq.
 
Tamaşanı izləmək istəyən hər kəs iştirak edə bilər.
# 683
avatar

Oxşar yazılar