

Kirayə mənzil bazarında SON DURUM
“Hər il mövsümi aylarda kirayə mənzil bazarında bahalaşma baş verir”.
Bu sözləri Lent.az-a əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, artım avqust ayından sentyabr ayının 15-dək davam edib:

“Təkcə avqust ayının yekununa görə kirayə mənzil bazarında 5.7 faiz bahalaşma oldu. Buna səbəb yeni dərs ilinin başlaması ilə əlaqədar digər şəhər və rayonlardan paytaxta gələn tələbələr oldu. Evlərə olan tələbatın artması, hər il olduğu kimi bu il də bahalaşma ilə nəticələndi.
Oktyabr ayından isə adətən kirayə mənzil bazarındakı qiymətlərdə stabilləşmə müşahidə edilir. Bunu ay sonunda daha dəqiq görəcəyik. Amma ötən illərdə həmişə belə olub, yəgin ki, bu dəfə də eyni hal təkrar olunacaq”.
N.İbrahimov əlavə edib ki, kirayə bazarı üçün mövsümi aylar əsasən mart, aprel, avqust və sentyabr ayları hesab edilir.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21