579
10:22
03 Oktyabr 2019

"Maşın" şouda ilk QALMAQAL

Ötən gün “Maşın” şou qalmaqalsız ötüşməyib.

Lent.az -ın məlumatına görə, müğənni Kərim Abbasovla Nazim Pişyari arasında mübahisə olub. Səsverməyə çıxarılan aşıq Namiq Fərhadoğlu səs toplayacağı halda Kərimi oyundan çıxaracağını söyləyib. Nazim isə aşıq Namiqə Kərimi çıxartmağı özü təklif etdiyini etiraf edib.

Kərim isə Nazimə bu sözləri deyib: “Bilmirdim Nazim bu qədər çürükcüdür. 12 ilin söhbətini edir. El məclisində problemimiz olmuşdu. Tədbirdə mənə mikrofon verməyib, üstəlik “mənim zubnaya şotkam” deyib. Səndən bunun intiqamını alacam”.

Nazim ona cavab olaraq “Şəxsən mən demişəm ki, Kərimi çıxar. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki... İndi intiqam alıram”, - sözlərini vurğulayıb.