İnanılmaz ETİRAF - Qadının doğduğu 38 uşaqdan 28-i ölüb
23 sentyabr 2019 19:25 (UTC +04:00)

İnanılmaz ETİRAF - Qadının doğduğu 38 uşaqdan 28-i ölüb

Bir Zamanlar Çukurovada rol alan adanalı Serap Çelikunal itkin oğlunu axtarmaq üçün gəldiyi Müge Anlının proqramında dedikləri təəccüb yaradıb. 
 
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, Çelikunal bütövlükdə 38 dəfə doğuç etdiyini və 28 uşağının öldüyünü söyləyib. 
 
24 yaşlı Ramazan Çelikunal, avqustun 20-də evindən çıxandan sonra ondan bir daha xəbər yoxdur. 
 
Çelikunal oğlunun Bipolar xəstəsi olduğunu və özünün yanından heç ayrılmadığını söyləyib.
 
9 yaşında teatrda oynamağa başlayan və uzun müddətdir ki, aktyorluq edən Serap Çelikunal,Çukurova Universitetində məmur olaraq çalışan 24 yaşlı oğlunu aramaq üçün gəldiyi verilişdə bunları etiraf edib. 14 yaşında ərinə qoşulub qaçdığını deyən Serap Çelikunal, bütövlükdə 38 dəfə doğuş keçirdiyini, 28 uşağının öldüyünü söyləyib.
 
Uşaqlarının təhsili üçün əlindən gələni etdiyini deyən Serap Çelikunal həm uşaqlarıyla məşğul olub, həm də teatr təhsilinə davam etdiyini deyib. Ən böyük xəyalının jurnalistika olduğunu deyən Sərab Çelikunal, ərini tanımadığını, ancaq qayınanasının onu çox istədiyini söyləyib. O, qaçırıldığı gecə əri ilə yox, qayınanası ilə yatdığını da deyib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947

Oxşar yazılar