"Anamın ölümü mənim üçün bayramdır..." - <span style="color:red;">Tacir
23 sentyabr 2019 11:18 (UTC +04:00)

"Anamın ölümü mənim üçün bayramdır..." - Tacir

Müğənni Tacir Şahmalıoğlu dünyasını dəyişən anası barədə danışıb.

Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan ifaçı bildirib ki, anasının ölümü onun üçün bayramdır: “Biz Ağdamda yaşayanda babam 74 yaşında dünyasını dəyişmişdi. Gördük ki, arvadlar saçlarını yolmaq istəyir. Bu zaman atam onların üstlərinə qışqırdı, dedi, nə badə elə şey edəsiniz. Dedi ki, mənim atamın bu yaşda ölümü bayramdır. Yəni vaxtsız ölüm deyil ki, ona pis olasan. Anamın 83 yaşı var idi. Anamın ölümü mənim üçün bayramdır. Onun yaşıdları heç qalmayıb. Mən ona niyə pis olum ki? Bu Allahın əmridir. Ana hər yaşda ölsə, anadır. Anam ölənə qədər bütün övladları onun üçün bir ovuc torpaq olduq”.

 

# 1117
avatar

Yalçın UĞUR

Oxşar yazılar