272
16:19
03 Sentyabr 2019

® “Unibank”ın Albalı Plus kartları yeniləndi

“Unibank”ın Albalı Plus kartları yeniləndi

“Unibank”ın Albalı Plus kartları tamamilə yenilənib. Həm dizayn, həm də məhsul tipinə görə dəyişdirilən kartlar, müştərilərin istəyinə uyğun olaraq daha da təkmilləşdirilib. Yeni Albalı Plus kart məhsullarının hamısı contactless funksiyalıdır və daha keyfiyyətli plastikdə çap edilib. Albalı Plus debet kartlarında daha bir yenilik isə müştərinin istəyinə uyğun olaraq istər MasterCard, istərsə də Visa ödəniş sistemli kart almaq imkanının olmasıdır.

Yeni Albalı Plus debet kartı xüsusi üstünlüklərə malikdir:

  • Contactless funksiyası (50 AZN-dək təmassız ödəniş imkanı);
  • 30%-dək cashbak ;
  • Kartda qalıq məbləğə (AZN-də 3%, USD-də 1% ) illik gəlir;
  • Unibank bankomatlarında komissiyasız nağdlaşdırma;
  • Milli Ön, E-manat və ya Unibank terminallarında 7/24 onlayn mədaxil imkanı.

Kartın şərtləri:

  • Qiyməti – 10 AZN(və ekvivalenti)
  • Müddəti – 3 il
  • Kart AZN/USD/EUR/GBP valyutalarında sifariş oluna bilər
  • Onlayn ödənişlərdə 3D secure xidməti

Sadəcə şəxsiyyət vəsiqənizlə sizə yaxın Unibank filialına yaxınlaşaraq, Albalı Plus debet kartı sifariş edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Salyan”,“Tovuz”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!