
"Acika"nın hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Xeyale Xalilova” adı ilə məşhur olan səhifəyə istinadla "acika"nın resepti ilə tanış edəcəyik.
Tərkibi:
5 kq pomidor, 3 kq qırmızı bibər, 300 qr sarımsaq, 3 dəstə cəfəri, yarım kq-a qədər acı bibər, stəkanın başından əskik duru yağ, duz (zövqə görə).
Hazırlanma qaydası:
Bütün ərzaqları yuyuruq. Sonra pomidorları isti suya töküb, qabığını soyuruq. Daha sonra bibərləri közləyib qabığından ayırırıq və tumunu təmizləyirik. Sonra bütün ərzaqları növbə ilə ət maşınından keçiririk. Birinci pomidoru, sonra qırmızı bibər, yaşıl bibər və sarımsaq ət maşınından keçirilir. Daha sonra bütün ərzaqları tökürük qazana. Qazanı ocağa qoyub məhsulun üzərinə duz əlavə edirik. Ağzını örtmürük ki, suyu yaxşı çəkilsin. Bişənə kimi tez-tez qarışdırırıq. Təxmini 2 saat qaynadıqdan sonra göyərtini və duru yağı əlavə edib 15 dəqiqə sonra ocaqdan götürürük. Bankalara yığıb ağzını yumşaq örtürük, qoyuruq qazanda qaynamağa. Bir az qaynadıqdan sonra ağzını möhkəm bağlayıb qış üçün sərin yerdə saxlayırıq.
Nuş olsun!
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12