Bu ərazilərdə qaz olmayacaq - <span style="color:red;">XƏBƏRDARLIQ
29 avqust 2019 10:01 (UTC +04:00)

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün səhər saat 08:00-dan Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.
 
Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Bbirliyindən məlumat verilib. Bildirilib ki, bu müddətdə yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.
 
Bundan başqa, saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq.
 
Eləcə də, saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan “Astara-Qazıməmməd” magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar