Qalapaqos adalarında yaşayan yaşıl dəniz tısbağalarının xüsusi rəng morfuna aid fərdlərinin gözləniləndən daha “evə bağlı” olduğu müəyyən edilib.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Alimlər peyk ötürücüləri vasitəsilə sarı rəng morfuna malik yaşıl dəniz tısbağalarının hərəkətlərini izləyiblər.
Dəniz tısbağalarının uzun məsafəli miqrasiyası ilə tanınmasına baxmayaraq, izlənilən fərdlərin heç biri Qalapaqos dəniz qoruğunu tərk etməyib. Kəşf bu populyasiyanın qorunması üçün yerli mühafizə tədbirlərinin xüsusi əhəmiyyət daşıya biləcəyini göstərir.