"Bu təriflər məni cızığımdan çıxmağa qoymayacaq" - Şeyxülislam
22 avqust 2019 13:32 (UTC +04:00)

"Bu təriflər məni cızığımdan çıxmağa qoymayacaq" - Şeyxülislam

"Bu gün tədbirdə söylənən fikirlər mənim üçün çox xoşdur. Hər bir insan yaşadığı dövrdə istəyər ki, arxaya baxsın və onun haqqında deyilən sözlər özünə təsir göstərir”.
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Şeyxülislam Allahşükür Paşazadə 70 Mənəviyyata Həsr Olunmuş Ömür" adlı tədbirdə çıxış edən Hacı Allahşükür Paşazadə deyib.
 
Onun dediyinə görə, tədbirdə onu çox təriflədilər: “Yəqin ki, bu təriflər məni cızığımdan çıxmağa qoymayacaq. Mən düzgün yolu tutmuşam. Əgər Allah təala mənə ömür versə, bundan sonra da bu yolu davam etməliyəm. Allah insanlara yaxşılıq edən, onlara doğru yol göstərən adamları sevər. Mənim həyatım keşməkeşli dövrdən keçib”.
 
Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu gün oxuyanlar, dini təhsil alanlar çoxdur: “Çünki onlar üçün müstəqillik dövründə hər bir şərait yaranıb. Mən oxuyanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Mən oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah təala da bunu mənə nəsib etdi. Ən əvvəl ailəm, xüsusən də anam mənə bu yolu göstərdi və mən gəlib bu ərsəyə çatmışam. Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, bunu qiymətləndirir”.
# 955
avatar

Oxşar yazılar