
Ermənistan əhalisinin sayı azaldı
Ermənistanda son 6 ayda əhalinin sayı 3500 nəfər azalıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti respublikanın Statistika komitəsinə istinadən məlumat yayıb.
"Ermənistan Statistika komitəsinin rəsmi məlumatına görə, iyul ayının 1-nə Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 961 min 600 nəfər təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin sayı 8200 nəfər azalıb.
Əhalinin sayının azalması ilə yanaşı, doğum faizi də düşüb. Əgər bu ilin ilk yarısında 16 111 doğum halı qeydə alınıbsa, ötən ilin müvafiq dövründə bu rəqəm 16 261, 2017-ci ilin müvafiq dövründə isə 17 171 olub.
Respublika üzrə ölüm hallarında isə artım qeydə alınıb. İyulun 1-nə olan məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölüm halları 572 fakt artıb", - qəzet yazır.
Oxşar yazılar

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11