
Həsən Ruhani: "Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir"
İran Prezidenti Həsən Ruhani ABŞ-ın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, Təbrizdə səfərdə olan H. Ruhani bildirib ki, hər gün İranla qeyd-şərtsiz müzakirəyə hazır olduqlarını bəyan edənlər Cavad Zərifə sanksiya tətbiq edir.
İran Prezidentinin sözlərinə görə, məlum qərar düşmənlərin nə qədər aciz duruma düşdüyünü göstərir.
H. Ruhani qeyd edib ki, Məhəmməd Cavad Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir: “İranın Ali Lideri, Prezidenti və Xarici İşlər naziri öz gücünü xalqdan alır”.
Qeyd edək ki, ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. Ağ Ev rəsmisinin dediyinə görə, Cavad Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur. Ağ Ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksək vəzifəli şəxslə aparılmasını istəyir.

Oxşar yazılar

Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10
Onlar kimləri və niyə "buynuzlayırlar"?
26 yanvar 2021 , 16:41
Son 100 ilin ən sərt böhranı - BMT AÇIQLADI
26 yanvar 2021 , 11:31
Rusiyada 140 illik BİNA ÇÖKDÜ - FOTO
26 yanvar 2021 , 11:04