
Kərə yağından heykəllər
ABŞ-da ilk dəfə Aya uçan “Apollon-11” kosmik gəmisinin ekipajının üzvləri Nil Armstronq, Edvin Bazz Oldrin və Maykl Kollinzin kərə yağından heykəlləri hazırlanıb. Maraqlı heykəllər Ohayo ştatında keçirilən illik kənd təsərrüfatı yarmarkasında nümayiş olunub. NASA-nın hər üç astronavtının fiqurları onların natural ölçülərində hazırlanıb.
Heykəltəraşlıq kompozisiyası Amerika bayrağı və Nil Armstronqun 1969-cu ilin iyulunda Ayın səthində qoyduğu izi ehtiva edir. CNN-in reportajında bildirilir ki, kompozisiyanın hazırlanmasında 907 kiloqram kərə yağından istifadə olunub. Sinsinatti şəhərindən olan heykəltəraşlar üçün ən mürəkkəb olan isə astronavtların skafandrlarının düzəldilməsi olub. Heykəltəraşlardan biri Aleksander Balz deyib: “Düzünü desək, skafandrların düzəldilməsi bizim üçün əsl imtahan oldu. Bələd olduğun əşyaları hazırlamaq asandır, skafandrlar isə...”
Bu kompozisiyanın Ohayo fermerlərinin yarmarkasında nümayişi də təsadüfi deyil. Aya ilk ayaq basan astronavt Nil Armstronq 2012-ci il avqustun 25-də Ohayo ştatının Sinsinatti şəhərində anadan olub. Yarmarkada kərə yağından düzəldilmiş digər heykəllər də nümayiş olunub. Buradakı inək və buzov heykəllərinin qulağında da “Apollon-11” yazılıb.
(AZƏRTAC)
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22