Lənkəranda baş vermiş yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
23 iyul 2019 20:54 (UTC +04:00)

Lənkəranda baş vermiş yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Lənkəranda baş vermiş avtoqəzada ölən və xəsarət alanların adları məlum olub.

APA-nın cənub bürosu xəbər verir ki, Vüsal Əzizovun sürücüsü olduğu 90-LK-933 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və əsas yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişinlərdən 1950-ci il təvəllüdlü Cəmilə Məmmədova və 1990-cı il təvəllüdlü Nigar Əzizova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin - 1948-ci il təvəllüdlü Azadə Məmmədova isə avtoqəza nəticəsində dünyasını dəyişib.

Ölən və yaralananların hamısı Bakıda yaşayan Astara rayonunun Ərçivan qəsəbə sakinləridir.

***
Saat 18:52
Lənkəranda yol qəzası baş verib.
 
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.
 
90-LK-933 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxıb, nəticədə avtomobildə olanlardan 1 nəfəri ölüb, 2 nəfəri yaralanıb.
 
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
# 707
avatar

Oxşar yazılar