119
10:09
17 İyul 2019

İçki və tütün məmulatları BAHALAŞIB

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə içki istehsalında 65,2 faiz, qida məhsullarının istehsalında 20,0 faiz, tütün məmulatlarının istehsalında isə 14,2 faiz artım müşahidə olunub.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 2,8 dəfə, qaymaq və xama istehsalı 55,4 faiz, cem və marmeladların istehsalı 49,9 faiz, kolbasa məmulatları 45,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı 25,2 faiz artıb.

Həmçinin2019-cu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1,1 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7 faiz bahalaşıb.