<font color=red>&#174; </font>“Euromoney” Azərbaycan Beynəlxalq Bankını ilin  ən yaxşı bankı seçdi!
11 iyul 2019 13:32 (UTC +04:00)

® “Euromoney” Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!

Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində  açıqlanıb. 
Müxtəlif kateqoriyalar üzrə “İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.   
1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən “Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: “Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura  görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.
Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: “Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz  bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”. 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
# 1357
avatar

Oxşar yazılar