Futbolun lideri müəyyən olundu: Messi və Ronaldo müqayisəsi  belə BİTDİ
01 sentyabr 2026 12:04 (UTC +04:00)

Futbolun lideri müəyyən olundu: Messi və Ronaldo müqayisəsi belə BİTDİ

0

Teleaparıcı Pirs Morqan Kriştiano Ronaldo ilə Lionel Messi arasında kimin daha yaxşı olması ilə bağlı mübahisənin 41 yaşlı portuqaliyalının xeyrinə həll olunduğunu bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Teleaparıcı Messi və Ronaldonun milli komandalarda vurduqları qollara görə bu nəticəyə gəldiyini açıqlayıb:

“Təcili xəbər. Lionel Messi Argentina millisində 125 qol vurduqdan sonra yığmadakı karyerasını başa vurdu. Bu, futbol tarixində ikinci ən yaxşı göstəricidir.

Kriştiano Ronaldo Portuqaliya millisində 146 qol vurub. Bu isə futbol tarixində ən yaxşı nəticədir. Bununla da tarixin ən yaxşı futbolçusunun kim olması ilə bağlı mübahisə başa çatır”.

Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb, 2022-ci ildə dünya çempionu olub, 2008-ci ildə isə Olimpiya çempionu adını əldə edib.

Kriştiano Ronaldo 2016-cı il Avropa çempionudur və iki dəfə Millətlər Liqasının qalibi olub. O, milli komandalar və Avropa çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarına sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar