
Azərbaycanın Qarabağa səfər edən əcnəbilərə münasibəti dəyişməyib - RƏSMİ
“Azərbaycan hökumətinin razılığı olmadan onun beynəlxalq tanınmış ərazilərinə, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edən əcnəbilərə münasibətdə mövqeyimiz bəllidir”.
Bunu APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.
O qeyd edib ki, Azərbaycanın qanunvericiliyini və beynəlxalq hüququn prinsiplərini pozaraq ölkəmizə qanunsuz səfər edən əcnəbilər ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına daxil edilir.
Qeyd edək ki, bu günlərdə Ermənistan mətbuatında avqustun 6-da işğal altında olan Xankəndi şəhərində Ümumdünya panerməni oyunlarının açılış mərasiminin keçiriləcəyi və bu oyunlara bir neçə dövlətdən, o cümlədən də İrandan 200-dən artıq idmançının qatılacağı ilə bağlı xəbərlər yayılıb. Artıq İranın Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirib. Səfirliyin məlumatına deyilir ki, onlarda Azərbaycanın işğal olunmuş ərazilərində Ümumdünya panerməni oyunlarının keçirilməsi haqda etibarlı məlumatlar yoxdur. İran İslam Respublikasında aidiyyəti orqanlar bu xəbəri təsdiq etməyərək bildirirlər ki, İran dövləti bu addımdan xəbərdar deyil və onu dəstəkləmir.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23