
Oqtay Əsədov: “Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını məhdudlaşdırır”
“26 il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımndan çox böyük potensiala malik olduğunu sübut edib”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasında bildirib.
O. Əsədov deyib ki, QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var: “Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərənin dəyişdirilməsində mühüm bir dövr təşkil edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcə də TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”.
Spikerin təəssüflə deyib ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır: “Azərbaycan 25 ildən artıqdır, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prisipi əsasında tezliklə öz həllini tapacaq”.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48