
"Dünyada 200 milyondan artıq insan işsizdir" - Nazir müavini
"Bu gün dünyada gündəlik gəliri 1,25 dollardan aşağı olan insanların sayı təxminən 800 milyondur ".
APA-nın xəbərinə görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
O bildirib ki, dünyada bərabərsizlik hökm sürür və problemlər hələ də qalmaqdadır: "Hələ də, dünyada 200 milyondan artıq insan işsizdir. 100 milyona yaxın gənc ilkin oxumaq bacarığına malik deyil. Bu gün dünyada bütün işləyənlərin sayı 40 faizdən çox deyil. Hazırda gənclər arasında işsizlik səviyyəsi üstünlük təşkil edir".
S.Həsənova deyib ki, 600 milyondan çox insanın bilavasitə mərkəzləşdirilmiş şəkildə içməli suya əlçatanlığı təmin olunmayıb: "Bu problemlərin həlli üçün Azərbaycan 191 ölkə ilə birlikdə BMT-nin yeni gündəliyinə qoşulub. Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycan yoxsulluğun azaldılmasına nail olan 18 ölkə sırasına daxil olub. Bu nailiyyətə görə Azərbaycan bir neçə mükafata layiq görülüb".
S. Həsənova bildirib ki, Azərbaycan yoxsulluğun iki dəfə azaldılmasına müvəffəq olub.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49
Sabah çimərliklərə hazırlaşanlara ŞAD XƏBƏR
11 iyul 2025 , 13:19