Azərbaycanda <span style="color:red;">DƏHŞƏT:  bir ailənin 3 üzvü qətlə yetirildi - <span style="color:red;">YENİLƏNİB
17 iyun 2019 13:02 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: bir ailənin 3 üzvü qətlə yetirildi - YENİLƏNİB

Ağstafada kütləvi dava zamanı yaralananların adları məlum olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, yaralanan şəxslər bunlardır:
 
1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu;
1999-cu il təvəllüdlü Abdullayeb İbrahim Rasim oğlu;
1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu;
1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğlu.
 
12:05
 
Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları məlum olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, kütləvi dava zamanı insanlara oldu silahdan atəş açan şəxs 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğludur.
 
Ölənlərin 3-ü bir ailənin üzvləridir. Bunlar Musayeva Şərqiyyə, Musayev Şəmsəddin və Musayev Novruzdur. Ölən digər şəxsin adı dəqiqləşdirilir.
 
11:31
 
Ağstafadakı kütləvi dava zamanı 2 nəfərin saxlanıldığı deyilir.
 
APA-nın yerli bürosunun məlumatına görə, nəsillər arasındakı köhnə ədavət cəzaçəkmə müəssisəsindən yeni qayıdan şəxsə görə qızışıb.
 
11:16
 
Ağstafa rayonunda kütləvi dava olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Böyükkəsik kəndində qeydə alınıb.
 
Kütləvi dava zamanı 3 nəfər qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Bildirilir ki, dava nəsillər arasında davam edən uzun müddətli münaqişədən qaynaqlanıb.
# 5553
avatar

Oxşar yazılar