
Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir
“Baku Crystall Hall” da Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir.
Mədəniyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq sərgi cari il mart ayının 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.
Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı orta və gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamlarının iştirakı və onların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.
Ekspozisiyada XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər romantik əsərlər, Azərbaycan folkloru və miniatürlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar, portret silsilələri öz əksini tapacaqdır.
İyunun 28-dək davam edəcək sərgiyə giriş sərbəstdir.
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35