Sabah hava necə olacaq? - PROQNOZ
11 iyun 2019 12:49 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Ölkə ərazisində iyunun 12-də gözlənilən hava şəraiti ilə bağlı məlumat aşıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34,  Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
 
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
 
Rayonlarda da iyunun 12-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 16-21, gündüz 31-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar