
Dmitri Peskov: “Bakı Moskvanın çox vacib tərəfdaşıdır”
“Rusiya-Azərbaycan münasibətləri qədim tarixə, tərəfdaşlıq və dostluq ənənələrinə malikdir. Bu gün bu münasibətlər çox sıxdır”.
Bunu APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşlarından biridir: “Rusiya ilə Azərbaycanı bir çox ümumi maraqlar birləşdirir. Bizi ilk növbədə xalqlarımız arasında olan mədəni əlaqələr birləşdirir”.
Kremlin sözçüsü Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin də uğurla inkişaf etdiyi söyləyib: “İki ölkə arasında iqtisadi əməkdaşlıq mövcuddur. Xəzər dənizi hövzəsində də əməkdaşlıq edirik. Ən əsası, regionun sabitliyi və təhlükəsizliyi məsələlərində əməkdaşlıq edirik. Bütün bu sadaladıqlarım Rusiya ilə Azərbaycanı birləşdirən ümumi maraqlarıdır. Bakı Moskvanın çox vacib həmsöhbəti və tərəfdaşıdır”.
Yaxın vaxtlarda Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyəli görüşün keçirilməsinin mümkünlüyü və dünən Peterburq forumu çərçivəsində prezident Vladimir Putinin Ermənistan baş naziri ilə görüşündə münaqişənin həlli ilə bağlı hansısa konkret məsələnin müzakirə olunub-olunmaması barədə suala cavabında D.Peskov bu günlərdə bu mövzunun müzakirə olunmadığını bildirib.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48