Dünya teatr əhli Lənkərana toplanacaq
30 may 2019 10:06 (UTC +04:00)

Dünya teatr əhli Lənkərana toplanacaq

 

İyunun 1-dən 5-dək I Lənkəran Beynəlxalq Teatr festivalı keçiriləcək. Lent.az-ın məlumatın görə, Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrının səhnəsində reallaşacaq. Festivala ölkəmizin 10 sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət KuklaTeatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı öz tamaşaları ilə qatılacaq. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azadlıq Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək. Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-birilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olmaq imkanı qazanacaqlar.

 

# 896
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar