
FHN Akademiyasında Respublika Günü münasibətilə bayram tədbiri keçirilib
FHN Akademiyasında Respublika Günü münasibətilə bayram tədbiri keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.
FHN-dən Lent.az-a verilən məlumata görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları salamlayaraq onları Respublika Günü münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir, bu tarixi gün böyük hörmət və ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib: “1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyini elan etdi. Həmin dövrdə hökm sürən anarxiya, xaos və hakimiyyətsizlik Azərbaycan üçün böyük təhlükə, müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamız müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu və ölkəmiz qısa bir zamanda surətlə inkişaf etməyə başladı”.
Akademiya rəisi qeyd edib ki, Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi, bütün sahələrdə inkişaf tempi durmadan sürətləndi.
Sonra tədbir bayram konserti ilə davam etdirilib.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48