![[b]Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər[/b]](https://lent.az/storage/news/2019/may/21/big/fc774352cd89a4bc2d7a71ef13368407.jpg)
[b]Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər[/b]
0
0
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.
ONA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib.
Onun szölərinə görə, həmsədrlər İrəvan, Xankəndi və Bakıya səfər edəcəklər.
“Atılacaq növbəti addımlar bu görüşdə müzakirə olunacaq”, - deyə A.Naqdalyan bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin bu ayın sonunda regiona səfərinin gözlənildiyini bildirib.
0
0