“Bir neçə müddətdir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya bilər”.
Bu barədə məlumatı Lent.az-a BBAK-nın mətbuat katibi Pərvin Məmmədova verib.
O bildirib ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir
“Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər".