3526
18:26
03 May 2019

Misir Mərdanovdan Əli İnsanova videomüraciət: "Bu yaramaz əməllərdən geri çəkil..."

Keçmiş təhsil naziri Misir Mərdanov eks-səhiyyə naziri Əli İnsanova müraciət edib.
ONA -nın məlumatına görə, M.Mərdanov videomüraciətində Ə.İnsanova bəzi suallar ünvanlayıb: "Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla necə bir yerdə yığışıb, məsləhətləşib iş aparacaqsan? Əli İnsanov, onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi?"
M. Mərdanov sabiq naziri tutduğu yoldan geri çəkilməyə çağırıb: "Neçə ki, gec deyil, bu yaramaz əməllərindən geri çəkilməyin lazımdır. 73 yaşında olan bir insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Təzədən sən gəlib aktiv, fəal siyasətə qoşula bilmərsən. Qoşulsan da, heç bir şey edə bilmərsən. Mən səni başa düşə bilmirəm. Sən əgər normal adam olsaydın, həbsdən cənab Prezidentin humanistliyi ilə azad olunandan sonra sənə vaxtilə çörək vermiş, zirvələrə qaldırmış, səni nazir etmiş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun qarşısında diz çöküb deyərdin ki, məni bağışla , səhv etmişəm, üzr istəyirəm. Onda camaat səni başa düşərdi”.