![[b]Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI[/b]](https://lent.az/storage/news/2019/may/03/big/b2cee7d5237be730abb1470a411d700e.gif)
[b]Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI[/b]
0
0
Bu gün Milli Məclisin plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” dəyişiklik müzakirəyə çıxarılıb.
ONA-nın məlumatına görə, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.
Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Layihədə təklif olunub ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.
Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.
0
0