405
17:27
18 Aprel 2019

Prezident İranın sənaye, mədən və ticarət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONA -nın xəbərinə görə, nazir Reza Rəhmani İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və bütün digər istiqamətlərdə, o cümlədən sənaye və ticarət sahələrində uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə ölkələrimizin birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun uğurla fəaliyyət göstərdiyi, Bakıda əczaçılıq zavodunun inşa ediləcəyi, İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin Azərbaycana bu səfəri zamanı isə Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməlinin qoyulacağı qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin artdığı vurğulandı, sənaye sahəsində uğurlu layihələrin həyata keçirildiyi bildirilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin və əlavə imkanların olduğu vurğulanıb.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

16:32

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA -nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.