295
16:35
02 Aprel 2019

Avropa kuboku yarışları: Azərbaycanı 5 qadın cüdoçu təmsil edəcək

Aprelin 6-7-də İtaliyanın Liqnano şəhərində keçiriləcək gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycanı qadınların yarışında üç çəki dərəcəsində beş idmançı təmsil edəcək.
Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, qitə yarışlarında cüdoçularımız Şəfəq Həmidova, Ramilə Əliyeva (48 kq), Nərgiz Hacıyeva (57 kq), Diana Şoranova və Südabə Ağayeva (63 kq) güclərini sınayacaqlar (AZƏRTAC).
Qitə kubokunda, ümumilikdə 35 ölkədən 600-dən çox idmançı mübarizə aparacaq.