90-ların dünyaca sevimlisi Bakıya gəlir
29 mart 2019 10:20 (UTC +04:00)

90-ların dünyaca sevimlisi Bakıya gəlir

Populyar "Modern Talking" qrupunun solisti, məşhur Tomas Andersdən söhbət gedir.

 

Lent.az-ın Heydər Əliyev Mərkəzindən aldığı məlumata görə, müğənni mayın 7-də mərkəzdə  "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında ötən illərin məşhur hitlərini ifa edəcək.

 

Tomas Anders 1963-cü il martın 1-də Almaniyada doğulub. Uşaq yaşlarından musiq təhsili alıb, gitara çalmağı öyrənib. 1980-ci ildə onun ilk diski işıq üzü görüb.

 

1982-ci ildə Tomas məşhur müğənni və bəstəkar Diter Bolenlə iş birliyinə başlayıb. Hazırladıqları ilk disk alman hit-paradında 6-cı yeri tutur və 30 min tirajla satılır. 1984-cü ildə dostlar “Modern Talkinq” qrupunu yaradırlar. Məşhur “You My Heart“ (“Sən mənim həyatımsan) və “You My Soul” (“Sən mənim qəlbimsən”) mahnıları məhz o dövrdə yaranır. Sonrakı 3 ildə onların 6 albomu işıq üzü görür və 42 milyon tirajla satılır. “Modern Talkinq” dünyada, o cümlədən keçmiş SSRİ-də misilsiz şöhrət qazanır.

 

1987-ci ildə “Modern Talkinq” qrupu parçalanır. Tomas Anders Avropa ölkələrində tək solist kimi çıxış etməyə başlayır. 1998-ci ildə Tomas Anders - Diter Bolen dueti bərpa olunur. Onlar birlikdə konsert turları təşkil edirlər. Ancaq 5 ildən sonra dostlar yenidən ayrlırlar. Son zamanlar Tomas Anders yeni solo layihələr üzərində işləyir

# 1268
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar