349
09:25
28 Mart 2019

Yığmamız böyük hesabla uduzdu

Azərbaycan milli komandası ilk dəfə keçirilən 19 yaşadək futzalçılar arasında Avropa çempionatında mübarizəyə başlayıb.
ONA -nın məlumatına görə, yarışın əsas mərhələsində çıxış edən yığmamız Kiprlə qarşılaşıb.
Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda rəqib böyükhesablı qələbə qazanıb - 7:1. Komandamızın heyətində təsəlli qoluna Hüseyn Qarayev imza atıb.
Qrupda keçirilmiş digər oyunda isə Hollandiya futzalçıları Sloveniya yığmasını məğlub edib - 5:4.
Yığmamız qrupda növbəti oyununu Hollandiya komandasına qarşı keçirəcək.